
BAKI, 4 mart. TELEQRAF
ABŞ Livan ordusu ilə “Hizbullah” tərəfdarları arasında silahlı münaqişə yaratmağa çalışır, bu isə ölkədə yeni vətəndaş müharibəsinə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Hizbullah"ın qurucularından və hərəkatın Livan parlamentindəki üzvü Əli Fayyad bildirib.
"ABŞ-nin Livanla bağlı mövqeyi, bu ölkədə stabilliyə və güclü dövlətin qurulmasına təhdiddir. ABŞ-nin mövqeyi Livanda daxili münaqişəyə səbəb olacaq. Bizim narahatlığımız odur ki, ABŞ Livan ordusu ilə "Hizbullah" arasında qarşıdurma yaratsın. Bu, Livan üçün çox təhlükəlidir, biz bunu istəmirik və bunun qarşısını almağa çalışırıq. Əksinə, biz Livan ordusu ilə əməkdaşlığı inkişaf etdirmək və onu dəstəkləmək istəyirik," - o qeyd edib.