BAKI, 21 fevral. TELEQRAF

Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkənin xarici işlər nazirləri fevralın 24-də keçiriləcək iclasda Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi məlumat verib.

“Nazirlərin iclasında Rusiyaya qarşı 16-cı fərdi və iqtisadi sanksiyalar paketini təsdiqləyəcəyi gözlənilir", - deyə açıqlamada bildirilir.