GƏNCƏ, 21 fevral. TELEQRAF

Gəncənin Məshəti qəsəbəsində mənzillərdən birində qaz balonunun partlaması nəticəsində iki qardaş xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı 67 yaşlı Rüstəm Abbasov və onun qardaşı 65 yaşlı Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.