
BAKI, 21 fevral. TELEQRAF
Post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi"nə layihələrin qəbulunun müddəti uzadılıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) məlumat yayıb.
Belə ki, yerli iştirakçıların tərəfdaş olduğu beynəlxalq film layihələrinin, həmçinin sənədləri tamamlanmayan yerli layihələrin müsabiqənin reqlamentinə uyğun təqdim edilməsini təmin etmək məqsədilə müsabiqəyə son müraciət tarixi martın 6-sı müəyyənləşib.
Bu müddət ərzində 21 fevral 2025-ci il tarixinədək təqdim edilmiş layihələrə aid sənədlərin müsabiqənin reqlamentinə uyğunluğunun yoxlanılması və iştirakçılara məlumat verilməsi də təmin ediləcək.