
BAKI, 21 fevral. TELEQRAF
Bolqarıstan parlamenti əsgərlərinin Ukraynada NATO, Aİ və BMT öhdəlikləri çərçivəsində hərbi əməliyyatlarda iştirakını qadağan edən qətnaməni təsdiqləyib.
Teleqraf xəbər verir ki, sənəd Bolqarıstanın NATO, Aİ, BMT və ATƏT-dəki müttəfiq öhdəliklərində nəzərdə tutulan hallar üçün istisnaları ehtiva edir.
Bəyannamə həmçinin münaqişənin diplomatik həllinə çağırır və Sofiyanın gərginliyin azaldılması təşəbbüslərini və sülh danışıqlarını dəstəkləməyə sadiqliyini vurğulayır.
Qeyd edək ki, 166 deputat bəyannamənin lehinə, 27 deputat əleyhinə səs verib.
Yerli medianın iddialarına görə, fevralın 18-də ABŞ Bolqarıstan da daxil olmaqla bütün Aİ ölkələrindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə necə töhfə verə biləcəklərini və sülh nizamlanmasının bir hissəsi kimi qoşun yerləşdirməyə hazır olub-olmadıqlarına dair sorğu göndərib. Bolqarıstan Xarici İşlər Nazirliyi isə cavabında hərbi personalın Ukraynaya göndərilməsi qərarının parlamentin müstəsna səlahiyyəti olduğunu açıqlayıb.