
BAKI, 21 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) özünün ən mühüm sualtı infrastrukturunun təhlükəsizliyini artırmaq üçün tədbirlər görəcək.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Henna Virkunen jurnalistlərə açıqlamasında bildirib.
"Yeni texnologiyalara sərmayə qoymaq, dənizi izləmək üçün peyk və dronlardan istifadə etmək vacibdir. Aİ həmçinin yeni növ "ağıllı" sualtı kabellərin yerləşdirilməsini maliyyələşdirir", - Virkunen deyib.
Sualtı kabellər üçün təhlükəsizlik və risklərin qiymətləndirilməsi tələbləri sərtləşdiriləcək və daha çox ehtiyatı təmin etmək üçün yeni və ağıllı kabellərin yerləşdirilməsini maliyyələşdirməyə üstünlük veriləcək.
Aİ, həmçinin sualtı kabellərinin xəritəsini çəkəcək və 2025-ci ilin sonunadək risk qiymətləndirməsini həyata keçirəcək.