BAKI, 17 fevral. TELEQRAF

Rusiya Suriyada hərbi bazalarının mövcudluğunu ölkədə hakimiyyətin dəyişməsinə baxmayaraq qoruyacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

"Moskva yeni Suriya hökuməti ilə razılaşmaya yaxındır ki, bu da Rusiyaya ölkədəki bir hissə personal və hərbi avadanlıq saxlamağa imkan verəcək", – məlumatda qeyd edilir.

Əlavə olaraq, Rusiyanın Suriyada Bəşər Əsədin hakimiyyəti dövründə özünə aid olan hərbi dəniz və hava bazalarına nəzarəti qoruyacağı bildirilir.