BAKI, 21 fevral. TELEQRAF

Pnevmoniyadan müalicə olunmaq üçün fevralın 14-dən xəstəxanada olan Papa Frensisk ilk qonağını qəbul edib.

Teleqraf xəbər verir ki, İtaliya Baş naziri Corciya Meloni ona xəstəxanada baş çəkib.

“Corriere della Sera” qəzeti baş nazirlə görüşən papanın durumunu belə izah edib: “Çətinliklə nəfəs alır, gözlərində işıq, həmişəki təbəssümlə...”

Frensisk ölümü ilə bağlı zarafat da edib: “Həkimlər deyirlər ki, səhhətimə qarşı diqqətli olmalıyam, əks halda, dərhal cənnətə düşəcəm”.

Vatikanın mətbuat xidmətinin açıqlamasında Corciya Meloninin görüşlə bağlı bu sözlərinə yer verilib:

“Həmişə olduğu kimi, zarafatlaşdıq, o, əla yumor hissini itirməyib”.

Baş nazir əlavə edib ki, o, papanın gümrah görməkdən məmnundur.

Kardinal Canfranko Ravasi isə bəyan edib ki, səhhəti ona vəzifələrini yerinə yetirməyə mane olarsa, Papa Frensisk taxtdan imtina edə bilər.

Hazırda pontifik xəstəxanadadır, pnevmoniyadan müalicə olunur.