BAKI, 16 fevral. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio İsrail Prezidenti İsxak Hersoqla Yerusəlimdəki prezident iqamətgahında görüşüb.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, təkbətək görüşdən sonra dövlət rəsmilərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.

Məlumatda qeyd olunur ki, Rubio həmçinin İsrailin xarici işlər naziri Gideon Saar ilə də görüş keçirib.