BAKI, 21 fevral. TELEQRAF
Dövlət Neft Şirkətində (SOCAR) Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Alim Xan ilə görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, görüşdə SOCAR və Pakistanın enerji şirkətləri arasındakı mövcud tərəfdaşlıqdan məmnunluq ifadə ediblər:
“Görüş çərçivəsində birgə layihələrin icrası, enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq”.