BAKI, 21 fevral. TELEQRAF

Almaniyanın yaxın tarixinin ən kritik seçkisinə 2 gün vaxt qalıb. Gənclər arasında ifrat sağçı partiya olan "Almaniya üçün Alternativ"i (AfD) dəstəkləyənlərin sayı artıb.

Teleqraf CNN International-a istinadən xəbər verir ki, ötən ilin yayında Avropada keçirilən seçkilərdə səs verən 16-34 yaş arası insanların sayı 2019-cu illə müqayisədə 18 faiz artıb. Bu yaş kateqoriyasına məxsus seçiçilərin əksəriyyəti ifrat sağçıları dəstəkləyib.

12 il əvvəl yaradılan AfD hazırda Almaniyada ikinci ən böyük partiyadır. 733 deputatdan ibarət Bundestaqda 76 deputatla təmsil olunur.