BAKI, 18 noyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadefulu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bunu Ceyhun Bayramov Bakıda Yohann Vadeful ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin qayıdışı məsələləri ətrafında da fikir mübadiləsi aparılıb”,- o qeyd edib.