BAKI, 18 noyabr. TELEQRAF

Almaniya xarici işlər naziri Yohann Vadeful Azərbaycanın Cənubi Qafqazda mühüm mövqeyə malik olduğunu və iki ölkə arasında sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, bunu Yohann Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Avropanın iqtisadi və enerji təchizatı sahəsində üzləşdiyi risklər Azərbaycanın əhəmiyyətini daha da artırır.

Yohann Vadeful Azərbaycanın bu istiqamətdə malik olduğu imkanları xüsusi vurğulayaraq, Bakı ilə Berlin arasında daha sıx əməkdaşlığın qurulmasının önəm daşıdığını bildirib.