BAKI, 18 noyabr. TELEQRAF
Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələr dostluq münasibətlərinə əsaslanır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasındakı münasibətlər tarixi dostluq xarakteri daşıyır və qarşılıqlı hörmət, beynəlxalq hüquq prinsipləri, eləcə də dövlətlərin maraqlarının nəzərə alınması əsasında formalaşıb:
“Hazırda Azərbaycan və Almaniya arasında ali və yüksək səviyyəli təmaslar intensiv şəkildə davam edir və bu, müsbət haldır”.