BAKI, 18 noyabr. TELEQRAF

Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib, onların 210-u hazırda aktiv fəaliyyət göstərir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, 2025-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib.

“2026-cı ilin ilk doqquz ayında isə bu göstərici təxminən 1 milyard dollara çatıb”.

Ceyhun Bayramovun sözlərinə görə, Almaniyadan Azərbaycana indiyədək yatırılan investisiyaların həcmi 950 milyon dollara yaxın olub:

“Azərbaycan tərəfindən Almaniyaya isə 670 milyon dollardan artıq sərmayə qoyulub”.