BAKI, 18 noyabr. TELEQRAF
Azərbaycan və Almaniya Orta Dəhlizin inkişafı, eləcə də nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
O, bu istiqaməti əməkdaşlıq üçün əlverişli hesab etdiklərini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizin inkişafındakı rolunun, ölkənin Avropa, Mərkəzi Asiya və digər böyük iqtisadiyyatlar arasında tranzit-logistika imkanlarının da müzakirə olunduğunu bildirib.