BAKI, 11 iyun. TELEQRAF

Slovakiyanın Avropa İttifaqı (Aİ) məsələləri üzrə dövlət katibi Marek Eştok Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə M.Eştok sosial media hesabında paylaşım edib.

O, H.Hacıyevlə dostluq və işgüzar münasibətlərinə toxunaraq bildirib:

"Prezidentin köməkçisi Hikmət Hacıyevlə ötən ilin dekabrında Bratislavaya səfərindən sonra artıq ikinci görüşümüzü keçirdik. Mövcud əməkdaşlıq və yeni layihələr barədə çox müsbət və açıq müzakirələrimizi davam etdirdik. Slovakiya və Azərbaycan liderlərinin köməkçiləri kimi gələcək görüşlərimizi səbirsizliklə gözləyirəm".