BAKI, 9 dekabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Prezident İlham Əliyevin Slovakiyaya səfəri ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Slovakiyaya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Slovakiya Baş naziri Robert Fitso tərəfindən təşkil olunan qəbulda hərbi orkestr "Qurban olum Azərbaycan" mahnısını Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda yüksək peşəkarlıqla ifa edib".