BAKI, 27 oktyabr. TELEQRAF
Respublikaçıların tənqidindən sonra "Time" jurnalı noyabr sayının üz qabığında ABŞ Prezidenti Donald Trampın fotosunu yeniləyib.
Teleqraf xəbər verir ki, jurnalın üz qabığında əvvəlcə Trampın yuxarı baxdığı şəkil yerləşdirilib. Respublikaçıların etirazından sonra foto və yarımbaşlıq dəyişdirilib. "Onun Zəfəri" yazısı "Trampın Dünyası" ilə əvəzlənib.
ABŞ prezidenti Donald Tramp da "Time" jurnalının üz qabığındakı portretinin çıxarılmasını tələb etmişdi.