
Fransa iflasa uğramış xarici siyasətindən dərs çıxarmaq əvəzinə ölkəmizi əsassız iddialarla günahlandırmaqla diqqəti düşdüyü vəziyyətdən yayındırmağa çalışır. Biz Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına dair cavabında deyib.
Ayxan Hacızadə bildirib ki, Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran bu ölkənin özünün müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarını unutmasına baxmayaraq, onları hər kəs yaxşı xatırlayır.
Mətbuat katibinin sözlərinə görə,Fransanın Cənubi Qafqazda yeni eskalasiya törətmək cəhdlərindən də danışıb: "Elə bu fakta nəzər salmaq baxmaq kifayətdir ki, əslində kimin həqiqətən də “xarici müdaxilə” ilə məşğul olduğu aydın olsun. Qəribədir ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil.
Xarici İşlər Nazirliyinin sözcüsü Fransa tərəfindən ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edib.