ŞUŞA, 11 sentyabr. TELEQRAF
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Yeni Şuşa Məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş zamanı qonaqlara məsciddə aparılan işlər barədə məlumat verilib.
Qeyd edək ki, məscidin təməli 2021-ci il mayın 12-də qoyulub.