BAKI, 12 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqres seçkilərindən sonra İranla müharibəni başa çatdırmaq niyyətində olduğunu bir daha bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“ Müharibə aralıq seçkilərdən dərhal sonra başa çatacaq”, - ABŞ lideri deyib.
Jurnalist Laura İnqrem respublikaçıların seçkilərdə uduzacağı halda da bunun baş verib-verməyəcəyini soruşub.
Tramp cavabında bildirib ki, respublikaçıların məğlubiyyəti Vaşinqtonun İrana qarşı yanaşmasını daha da sərtləşdirə bilər.
“Düşünürəm ki, çoxları hesab edir: əgər biz uduzsaq, mən daha çox qəzəblənəcəyəm və bu məsələni birdəfəlik həll edəcəyəm. Bu da variantdır. Hər halda onlar məğlub olacaqlar”, – Tramp bildirib.
ABŞ-da aralıq Konqres seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.