BAKI, 12 sentyabr. TELEQRAF
Filippinin Palavan əyaləti sahillərində sərnişin bərəsində baş verən yanğından sonra 53 nəfərin taleyi naməlum olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsinin rəsmi nümayəndəsi Noemi Kayabyab bildirib.
Onun sözlərinə görə, indiyədək 43 nəfər xilas edilib, 35 nəfərin öldüyü təsdiqlənib, 53 nəfər isə itkin düşmüş hesab olunur.
Gəmi sənədlərinə əsasən, “MV June Aster” bərəsində 117 sərnişin və 17 ekipaj üzvü olmaqla ümumilikdə 134 nəfər olmalı idi. Xilas edilənlər arasında iki Çili vətəndaşı da var.
Hadisədən sonra yanacaq sızması qeydə alınmayıb. Bununla belə, qabaqlayıcı tədbir kimi bərənin ətrafında xüsusi baryerlər yerləşdirilib.
Filippin Sahil Mühafizəsi və Milli Polisi ekipajın hərəkətlərini, həmçinin təhlükəsizlik qaydalarına əməl olunmasını araşdırmaq üçün xüsusi komissiya yaradıb.
Yanğın sentyabrın 9-da Palavan sahillərində baş verib.