BAKI, 12 sentyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında V tur davam edir.
Teleqraf xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Kəpəz” evdə “Qəbələ” ilə münasibətlərə aydınlıq gətirəcək. Gəncə şəhər stadionunda keçiriləcək matç saat 17:30-da başlayacaq.
Günün ikinci matçı Sumqayıt şəhərində keçiriləcək. Saat 19:45-də start götürəcək oyunda “Sumqayıt” “Şamaxı”nı sınağa çəkəcək.