XANKƏNDİ, 11 sentyabr. TELEQRAF

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağa artıq 40 mindən çox keçmiş məcburi köçkün qayıdıb.

Teleqraf-ın Qarabağa ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, 2020-ci ildən etibarən Qarabağda 45-dən çox yaşayış məntəqəsi yenidən qurulub və keçmiş məcburi köçkünlərin istifadəsinə verilib:

“Hazırda Qarabağda təxminən 100 min insan yaşayır, işləyir və təhsil alır. Daha çox keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdacaq”.

O əlavə edib ki, Qarabağda aparılan bərpa-quruculuq işləri insanların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməyə yönəlib.