BAKI, 12 sentyabr. TELEQRAF

Sentyabrın 12-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə bir neçə istiqamətdən kütləvi ballistik raket zərbələri endirib.

Teleqraf "Ukrainska Pravda"ya istinadla xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib.

Bildirilib ki, hava hücumu nəticəsində şəhərdəki mühüm sənaye müəssisələrindən biri ciddi ziyan görüb.

1 nəfər hadisə yerində həlak olub, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 54 yaşlı bir kişinin vəziyyəti kritik ağır qiymətləndirildiyi üçün o, təcili olaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fövqəladə Hallar Xidmətinin xüsusi qrupları hazırda ərazidə dağıntıların fəsadlarını aradan qaldırır.