XANKƏNDİ, 11 sentyabr. TELEQRAF
Azərbaycan və Ermənistan liderləri regionda analoqu olmayan müsbət bir dinamikaya doğru addım atıblar.
Bu barədə Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib.
“Hesab edirəm ki, hər iki ölkə və onların liderləri regionda analoqu olmayan müsbət
dinamikaya doğru addım atıblar. Bir il əvvəl Vaşinqtonda sülh sazişinin paraf edilməsindən bu yana artıq ortada göstəriləsi çoxlu praktiki uğurlar və nailiyyətlər var”, – o qeyd edib.