XANKƏNDİ, 11 sentyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın son görüşü məhsuldar keçib.

Teleqraf-ın Qarabağa ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Tərəflər sülh gündəliyini daha da irəli aparmaq, iki ölkə arasında etimadı gücləndirmək, həmçinin ticarət və nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədilə ikitərəfli qarşılıqlı fəaliyyətə başlamaq barədə razılığa gəliblər”, - o qeyd edib.