BAKI, 28 fevral, TELEQRAF

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım olunub.

Görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər ətrafında müzakirə aparılıb.