
TBİLİSİ, 26 fevral. TELEQRAF
“Yaxın zamanlarda Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Onun sözlərinə görə, görüşə Türkiyə tərəfi ev sahibliyi edəcək.
“Regional əməkdaşlığın maraqları baxımından bu formatda əlaqələrin gücləndirilməsi çox vacibdir. Maraqlara əsaslanaraq, üç ölkə arasında güclü əməkdaşlıq və strateji tərəfdaşlıq daha geniş regionun rifahı naminə müxtəlif layihələrin həyata keçirilməsinə töhfə verməlidir”, - XİN başçısı söyləyib.
M.Boçorişvili, həmçinin qeyd edib ki, türkiyəli həmkarı Hakan Fidanla birgə Türkiyə prezidentinin yaxın gələcəkdə Gürcüstana səfərinin təşkili üçün iş aparılır.