BAKI, 24 fevral. TELEQRAF

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyulda yenidən Azərbaycana səfər edə bilər.

Teleqraf xəbər verir ki, o, bu barədə Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı məlumat verib.

"Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik", - deyə Baş nazir əlavə edib.