
BAKI, 24 fevral. TELEQRAF
Fransa müstəmləkələrindən olan jurnalistlərlə Bakı Təşəbbüs Qrupunun (BTQ) rəhbərliyi arasında müzakirələr keçirilib.
Teleqraf xəbər verir ki, görüşdə iştirakçılara təşkilatın məqsəd və fəaliyyətləri haqqında geniş məlumat verilib. Eyni zamanda, son iki ildə BTQ-nin beynəlxalq aləmdə həyata keçirdiyi layihələr haqqında video təqdim olunub.
BTQ rəhbəri Abbas Abbasov, son dövrlərdə təşkilatın rəsmi saytına və sosial şəbəkə hesablarına kütləvi kiber hücumların edildiyini, xarici müdaxilələrin getdikcə artdığını vurğulayıb. Bu barədə hazırlanan video materiallar jurnalistlərə təqdim edilib.
Görüşdə həmçinin, Fransa rəsmiləri və media qurumlarının Azərbaycan və BTQ haqqında irəli sürdükləri qərəzli və qeyri-obyektiv iddialara cavab verilib.
Abbasov, xarici jurnalistlərin səfərinin əsas məqsəblərindən birinin bu ittihamların əsassız olduğunu sübuta yetirmək olduğunu qeyd edib.
Xatırladaq ki, 12 xarici media nümayəndəsi bu səfər çərçivəsində müxtəlif görüşlər keçirəcək və kommunikasiya sahəsində xüsusi təlimlər alacaq.