BAKI, 12 sentyabr. TELEQRAF
Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS liderlərinin 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, səfər çərçivəsində Si Cinpin sammitin iclaslarında çıxış edəcək və digər dövlət rəhbərləri ilə qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bəyan edib ki, sammit çərçivəsində Vladimir Putin və Çin rəhbəri arasında rəsmi ikitərəfli görüş planlaşdırılmasa da, liderlər ayaqüstü xüsusi müzakirə keçirəcəklər.
Qeyd edək ki, Yeni Dehlidə sentyabrın 12-13-də keçirilən sammitdə BRİKS üzvləri ilə yanaşı, tərəfdaş ölkələrin nümayəndə heyətləri və BMT rəsmiləri də iştirak edirlər.