BAKI, 12 sentyabr. TELEQRAF

Fransanın şimalında şəhərlərarası sərnişin qatarının relsdən çıxması nəticəsində xəsarət alanların sayı 44-ə çatıb.

Teleqraf xəbər verir ki, Fransanın nəqliyyat naziri Filip Tabaro hadisə nəticəsində 44 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, sərnişinlərə yardım göstərilməsi üçün əraziyə 140 yanğınsöndürən cəlb olunub. O hadisənin səbəbi barədə açıqlama verməyib.