
BAKI, 24 fevral. TELEQRAF
"BBC" və "Rossiya Segodnya"nın (Sputnik) nümayəndəlikləri ləğv edilib. Onlar yalnız bir müxbir ilə akkreditasiyadan keçə bilərlər.
Bunu Teleqraf-ın sorğusuna cavabında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, "Amerikanın Səsi"nin isə müxbir akkreditasiyası ləğv edilib.
Xatırladaq ki, “BBC News Azərbaycanca” və "Sputnik Azərbaycan” Bakıda fəaliyyətini dayandırıb.
Sözügedən qurumlar Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul ediblər.