
BAKI, 21 fevral. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ana Dili Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Bu gün Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Azərbaycan dil müxtəlifliyinin qorunub saxlanması və təşviqi, o cümlədən Azərbaycan dilində öz əksini tapmış zəngin mədəni irsimizin qorunub saxlanması öhdəliyində həmişə sadiq qalır.
Beynəlxalq Ana Dili Gününüz mübarək!"