BAKI, 20 fevral. TELEQRAF

"Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli görüşünün də bu il Pakistanda keçirilməsi planlaşdırılır".

Teleqraf xəbər verir ki, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş zamanı deyib.

O bildirib ki, Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir:

"Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir və xalqlarımız ortaq dəyərləri bölüşürlər. Ölkəmiz Ermənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir. Pakistanın Azərbaycanla 1992-ci ildən yaradılmış diplomatik münasibətlərindən ötən illər ərzində bütün sahələrdə, o cümlədən parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələr formalaşıb. Bu baxımdan mütəmadi həyata keçirilən qarşılıqlı səfərlər mühüm rol oynayır. Bununla yanaşı, ticarət, müdafiə, enerji, mədəniyyət, təhsil sahələrində əlaqələrimizi daha da inkişaf etdirmək üçün geniş imkanlar var".