BAKI, 15 fevral. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Beysvenqer ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşdə xüsusilə iqtisadiyyat və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə diqqət yetirilib.