BAKI, 10 aprel. TELEQRAF
Rusiyanın xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-də səfərdədir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Dmitriyev ABŞ Prezidenti Donald Tramp administrasiyasının üzvləri ilə görüşərək Ukrayna üzrə mümkün sülh razılaşmasını müzakirə edəcək.
Qeyd olunur ki, görüşlər zamanı Moskva ilə Vaşinqton arasında iqtisadi münasibətlər də gündəmdə olacaq.