BAKI, 9 sentyabr. TELEQRAF

“COP30-da altı əsas istiqamət üzrə beşillik fəaliyyət planı razılaşdırılıb”.

Teleqraf xəbər verir ki, bunu COP30-un icraçı direktoru Ana Toni Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin açılış mərasimində bildirib.

Ana Toni qeyd edib ki, tədbir çərçivəsində kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, elektrikləşdirmə, tikinti materiallarının və ağır sənayenin karbonsuzlaşdırılması, eləcə də maliyyələşmə kimi konkret məsələlər müzakirə olunur.

“İndi qarşımızda duran əsas vəzifə qərarların icrasını sürətləndirməkdir. İstiqamətimiz öhdəliklərdən həllərə, həllərdən icraya, icradan isə ölçülə bilən nəticələrə doğru olmalıdır. Bakı İqlim Həftəsi bu qlobal iqlim proseslərini regional səviyyəyə və real sahələrə daşımaq üçün böyük bir imkandır. Bakı COP31 konfransına gedən yolda sadəcə növbəti dayanacaq deyil, icra baxımından mühüm mərhələdir”, – o vurğulayıb.