BAKI, 9 sentyabr. TELEQRAF
“Ermənistan Qərblə münasibətlərini Rusiya ilə düşmənçilik hesabına qurmamalıdır”.
Teleqraf xəbər verir k, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan deyib.
“Qərblə münasibətləri inkişaf etdirə bilərik və inkişaf etdirməliyik, amma bu, Rusiya və ya başqa ölkə ilə düşmənçilik hesabına olmamalıdır”, - o bildirib.
Levon Köçəryan əlavə edib ki, Ermənistan hazırda məhz bu yolla gedir.