BAKI, 9 sentyabr. TELEQRAF

Özbəkistan və Ermənistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi İrəvanda keçirilib.

Teleqraf xəbər verir ki, iclasa iki ölkənin xarici işlər nazirlərinin müavinləri Bobur Usmanov və Mnatsakan Səfəryan sədrlik edib.

Danışıqlarda siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Yüksək səviyyəli görüşlər zamanı qarşıya qoyulmuş məqsədə doğru əldə edilən irəliləyişlər nəzərdən keçirilib.

Sənaye əməkdaşlığı, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, turizm və təhsil sahələrində mövcud potensialdan istifadəyə də xüsusi diqqət yetirilib.