BAKI, 9 sentyabr. TELEQRAF
"Araz-Naxçıvan"ın futbolçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub.
Teleqraf xəbər verir ki, hücumçu ölkəsinin sentyabrın 25-də səfərdə Toqo, 4 gün sonra – ayın 29-da doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan siyahıya daxil edilib.
Dəvətə əsasən, forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.