BAKI, 9 sentyabr. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsi ilə müharibəni Ukrayna vətəndaşları üçün “ətçəkən maşının iş prinsipi” ilə müqayisə edib.
Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.
Zaxarova iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin uşaqlıqda ən çox sevdiyi “oyuncağı” ətçəkən maşın olub:
“Zelenskinin uşaqlıqdan ən çox sevdiyi oyuncaq ətçəkəndir. Anası müsahibəsində balaca Volodyanın uşaq bağçasından evə qayıtdıqdan sonra ətçəkənlə oynamağı çox sevdiyini demişdi”.
Rusiya XİN-in sözçüsü müqayisəni davam etdirərkən qeyd edib ki, Zelenski indi Ukraynada “ətçəkən maşın” yaradıb, əvvəllər sülh və daha yaxşı gələcək vəd etdiyi insanları müharibəyə aparır.