SAMUX, 9 sentyabr. TELEQRAF
Bu gün saat 05:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
***
08:28
Samuxda 39 yaşlı qadın bıçaqlanıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
1987-ci il təvəllüdlü S.Abbasova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, qadını bıçaqlamaqda onun qardaşı şübhəli bilinir.
Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.