BAKI, 9 sentyabr. TELEQRAF
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər.
Teleqraf xəbər verir ki, vida mərasimi Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilir.
Aleksandr Şarovski İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq artisti bu gün səhər saatlarında Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
Aleksandr Şarovski 78 yaşında dünyasını dəyişib.