BAKI, 9 sentyabr. TELEQRAF

İngiltərə təmsilçilərindən “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann UEFA Çempionlar Liqasının tarixində ən məhsuldar futbolçular sırasında daha bir pillə yüksəlib.

Teleqraf xəbər verir ki, Holann Liqa mərhələsinin ilk turunda səfərdə “Portu” ilə keçirilən görüşdə dubl edib.

Bununla da 59-cu Çempionlar Liqası matçını keçirən 26 yaşlı forvard turnirdə vurduğu qolların sayını 59-a çatdırıb. O, 57 qolla 7-ci pillədə qərarlaşan Tomas Mülleri geridə qoyaraq bombardirlər siyahısında 7-ci sıraya yüksəlib.

Siyahıda Holannın qarşısında Kilian Mbappe yer alır. “Real Madrid”in fransalı hücumçusu 71 qolla 6-cı pillədə qərarlaşıb.

Çempionlar Liqasının tarixində ən yaxşı bombardir isə Kriştianu Ronaldudur. Portuqaliyalı ulduz turnirdə 140 qola imza atıb.

Qeyd edək ki, “Mançester Siti” növbəti turda oktyabrın 14-də Fransanın PSJ klubu ilə qarşılaşacaq.