BAKI, 9 sentyabr. TELEQRAF

"Biz hazırda iqlim dəyişikliyinin fəsadlarını birbaşa yaşadığımız dövrdəyik".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin açılış mərasimində bildirib.

Nazirin sözlərinə görə, iqlim dəyişikliyinin ən bariz nümunələrindən biri Xəzər dənizində suyun səviyyəsinin kəskin azalmasıdır:

“Bakıda keçirilən COP29 çərçivəsində mühüm qərarlar qəbul edilib. İnanıram ki, Dördüncü Bakı İqlim Həftəsi çərçivəsində də iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində vacib addımlar atılacaq”.