BAKI, 9 sentyabr. TELEQRAF

“Ermənistan və Azərbaycan “Tramp marşrutu”nun (TRIPP) keçəcəyi dövlətlərarası sərhədin müəyyən hissəsində delimitasiya işləri apara bilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

“Tramp marşrutu” faktiki olaraq yerdə həyata keçirilməyə başlayanda, məsələn, dəmir yolunun keçəcəyi və ya neft-qaz kəmərlərinin çəkiləcəyi sahələrdə (Qərbi Zəngəzur istiqamətində - red.) qismən delimitasiya işlərinin aparılması ehtimalı var. Yəni delimitasiya prosesinin məntiqinin lokal sahələr baxımından dəyişməsi mümkündür. Amma ümumi məntiq ondan ibarətdir ki, delimitasiya şimaldan cənuba doğru aparılmalıdır”, - o bildirib.