BAKI, 9 sentyabr. TELEQRAF

Bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə baş tutur.

Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, COP31-in icraçı direktoru Fatma Varank və digər rəsmi şəxslər çıxış edəcəklər.